LGBTQI nədir?

LGBTQI qısaltması lezbiyan, gey, biseksual, transgender, kuir və interseks insanları ifadə edir. Bu abbreviatura yaradılmazdan əvvəl “gey” sözü LGBTQI icması üçün bir termin kimi istifadə olunurdu, daha sonra isə, “LGB” termini istifadə edilməyə başlanıldı. “LGBTQI” isə, 1990-cı illərdən bəri istifadə olunur.

Terminlərin qısa tarixçəsindən sonra, qısaltmanı təşkil edən hər bir sözü nəzərdən keçirək.

Lezbiyan, qadınlara qarşı fiziki, cinsi və/və ya emosional cazibə hiss edən qadındır.

Gey, kişilərə qarşı fiziki, cinsi və/və ya emosional cazibə hiss edən kişidir.

Biseksual, həm qadınlara, həm də kişilərə qarşı fiziki, cinsi və/və ya emosional cazibə hiss edən şəxsdir.

Transgender, geniş termindir. Gender kimliyi, ifadəsi və davranışları doğulduğu fiziki cinsiyyətin xüsusiyyətlərinə uyğun gəlməyən şəxsdir.

Queer, heteronormativ olmayan bütün insanları əhatə edir. Termin, həm cinsi orientasiya, həm də cinsi kimlik baxımından mövcud heteronormativ mühitə uyğun gəlməyən insanları əhatə edir.

Interseks, xromosom, hormonal və fizioloji səviyyədə ifadə edilə bilən cinsi-reproduktiv anatomiyasında dəyişikliklərlə doğulmuş şəxsdir.

Terminlərin yaradılması və istifadəsinin qısa tarixi

Əsrlər boyu Lezbiyan Yunanıstanın Lesbos adasının adı ilə əlaqələndirilirdi. Şeirlərini eynicinsli sevgiyə həsr edən şair Sappho da eyni adada doğulub.

Lezbiyan sözü, ilk dəfə 16-cı əsrdə istifadə edilmişdir, ancaq, mənası yalnız Lesbos adası ilə əlaqədar idi. Onun lezbiyan mənasında müasir istifadəsi 19-cu əsrə, Sapponun poeziyasının qadınların sevgisi ilə əlaqəli olduğu vaxta təsadüf edir.

XX əsrdə eyni cinsə olan sevgi qadağan edildiyi üçün gey termini aşağılayıcı məna daşıyırdı. LGBTQI insanlar tərəfindən bu sözün istifadəsi 1960-cı illərə, aktivistlərin onilliklər boyu təhqir kimi qəbul edilən termini geri almağa çalışdığı vaxtlara təsadüf edir. Bu hərəkat ilə onlar homoseksual münasibətlərə qarşı ayrı-seçkilik yaradan qanunvericiliyə etiraz edirdilər.

Daha sonra, 1980-ci illərdə esseist Edmund White bildirdi ki, gey termini, kişilərə qarşı emosional və/və ya fiziki, cinsi marağı olan kişiləri təsvir etmək üçün istifadə edilən digər terminləri kölgədə qoyur.

1859-cu ildə anatomist Robert Bentley ilk dəfə biseksual sözünü işlətdi. Sözün hazırkı anlayışı eyni bədəndə qadın və kişinin xüsusiyyətlərini təsvir etmək üçün orijinal istifadəsindən çox-çox kənara çıxdı.

On doqquzuncu əsrin alimləri və psixoloqları bu terminin cari mənasının yaranmasına töhfə verdilər. Onların arasında təkamül tədqiqatçıları Henry Havelock Ellis və Richard von Krafft-Ebing da var idi ki, onlara görə hər cinsdə gizli biseksuallıq var. 

1990-cı illərdən bəri lezbiyan, gey biseksual (LGB) terminləri həm gündəlik ictimai həyatda, həm də azadlıq aktivizmində öz yerini tutdu. Baxmayaraq ki, transgender terminini bu qısaltmada birləşdirmək daha çox vaxt aldı. 1960-cı illərdən bu sözün istifadəsinə dair presedentlərimiz var. Məsələn, 1965-ci ildə aktivist Virciniya Prince tərəfində məşhurlaşdırılan psixologiya dərsliyində. Virciniya cinsiyyət və genderini ayırd edərək, bunların ayrı anlayışlar olduğunu ifadə etdi.

2000-ci illərdən cəmiyyət bu termindən geniş istifadə etməyə başladı. Transgender sözü LGBTQI abbreviaturasına daxil oldu və yavaş-yavaş transgenderləri aşağılayan digər, təhqiredici sözləri əvəz etdi.

Qısaltmada “Q” da nisbətən sonra ortaya çıxdı. 1910-cu illərdə kuir heteronormativ cəmiyyətdən təcrid olan insanları alçaltmaq üçün istifadə olunurdu. Fəallar, gey sözündə uğurlu olduqları kimi,1990-cı illərdə kuir sözünü də geri almağa çalışdılar. Bunu həyata keçirmək üçün kuir terminindən fəal şəkildə istifadə etməyə başladılar.

İnterseks termini, XX əsrin əvvəllərində həkimlər tərəfindən anatomiyası ənənəvi ikili cinsiyyət anlayışından fərqli olan insanları təsvir etmək üçün istifadə olunmağa başladı.

1970-ci illərdə aktivistlər və interseks icması bu terminin yaradılması zərurəti haqqında açıq danışmağa başladılar. İntersekslərin ilk kütləvi nümayişi 2 oktyabr 1996-cı ildə baş tutdu. Fəallar hermafrodit, interseks kimi terminlərdən istifadə edirdilər. Fəalların tələbi ilə həkimlər xəstələrlə razılaşmadan edilən cərrahi əməliyyatları dayandırmalı olublar. Məhz bu günün etirazı nəticəsində İnterseks İnsan Haqları Gününü’nün əsası qoyuldu.

Mənbələr:

ILGA Europe -nın terminlər lüğəti

National Geographic -in məqaləsi.

წინა

“რუსული ხომალდით EU-ში ვერ შევალთ!” – პარლამენტთან საპროტესტო აქცია მიმდინარეობს

შემდეგი

Valideynlər üçün 6 Məsləhət – Kuir Uşaqları Necə dəstəkləmək olar?

ბოლო სიახლეები

კვლევის თანახმად ორსული ქვიარ ქალები უფრო ხშირად განიცდიან დეპრესიას, ვიდრე ჰეტეროსექსუალი ქალები

FacebookTweetLinkedInEmail 5 თებერვალს გამოქვეყნდა კვლევა, რომელიც შეისწავლიდა სექსუალურ ორიენტაციასთან დაკავშირებულ უთანასწორობას ორსულ ქვიარ ქალებში. კერძოდ, მათი

დააკავეს კაცი, რომელმაც 200-მდე ქალს 5000-მდე ფოტო და ვიდეო მოტყუებით და ფარულად გადაუღო

FacebookTweetLinkedInEmail სპეციალური საგამოძიებო სამსახურის ცნობით, პირადი ცხოვრების საიდუმლოს ხელყოფისა და სექსუალური ხასიათის ქმედების იძულების ფაქტზე 43

ამარი – ტრანსგენდერი მომღერალი ძლიერი ხმით და საინტერესო ისტორიით

FacebookTweetLinkedInEmail ამარი American Idol-ის მონაწილეა, რომელმაც უამრავი მსმენელი მოხიბლა მსოფლიოს მასშტაბით. 28 წლის მომღერალი წარმოშობით ამერიკელია,

წიგნის “ცისფერი – ქვიარ ამბავი ქართულ ხელოვნებაში” პრეზენტაცია ჩაიშალა

FacebookTweetLinkedInEmail 6 მარტს დაგეგმილი წიგნის პრეზენტაცია “ცისფერი – ქვიარ ამბავი ქართულ ხელოვნებაში”  ჩაიშალა. კრებული ქართველი მხატვრების