Səma

//

გამოცემა ქვიარი – ახლა უკვე აზერბაიჯანულ ენაზეც!

  2023 წლის 17 მაისს, ჰომოფობიასთან, ტრანსფობიასთან, ბიფობიასთან ბრძოლის საერთაშორისო დღეს, მსოფლიო მასშტაბით დაგეგმილი, კამპანიის ძირითადი გზავნილია Together Always: United in Diversity.   17 მაისი ლგბტქი თემის წარმომადგენლების და მათი მხარდამჭერების მიერ, 130-ზე

Queer lüğəti — LGBTQI terminlərinin tərifləri

Yadda saxlayın ki, terminlər hər zaman dəyişir və insanlarla onların kimliyi haqqında danışarkən, əmin deyilsinizsə, həmin şəxsdən hansı termini istifadə etməyi üstün tutduğunu soruşmağınız vacibdir. Bəzi sözlər çaşdırıcı ola bilər, ancaq insanların gender, cinsi və ya başqa kimliklərini təsqiləyən və

LGBTQI nədir?

LGBTQI qısaltması lezbiyan, gey, biseksual, transgender, kuir və interseks insanları ifadə edir. Bu abbreviatura yaradılmazdan əvvəl “gey” sözü LGBTQI icması üçün bir termin kimi

Qəbul LGBTQ Gənclərində İntihar Riskini Azaldır – Araşdırma 

 

The Trevor Project tərəfindən aparılan yeni bir araşdırma LGBTQ gəncləri arasında narkotik istifadəsi və intihar riskini araşdırıb. Araştırmada, kuir gənclərin qarşılaşdıqları zorluqlar, narkotikdən istifadə, pis ruh sağlığı və intihar riskinin artdığı ortaya çıxdı. Mütəxəssislərin fikrincə, yeni araşdırma narkotik istifadəsi ilə psixi sağlamlıq problemləri arasında əlaqəni görmək üçün müsbət addımdır. Əldə edilən məlumatlar ətrafımızdakı insanlara qayğı göstərməyimizə və daha diqqətli olmağımıza kömək edə bilər.

Psixi sağlamlıq problemləri ilə queer insanların qarşılaşdıqları problemlər arasında əlaqə indiyə qədər aparılan araşdırmalarda müəyyən edilmişdir, lakin məlumat əsasən lezbiyan, gey və biseksual gənclər arasında aparılan sorğulara əsaslanırdı və gender kimliyi məsələlərini əhatə etmirdi, bu da problemin hərtərəfli öyrənilməsini çətinləşdirirdi. Amerika LGBTQ gəncləri arasında psixi sağlamlıq problemlərini araşdıran 2021 sorğusu daha çox inkluzivdir.

“Biz LGBTQI gənclərinin sorğu məlumatlarına baxdığımızda, keçmişdə olduğundan daha çox narkotik istifadəsi, psixi sağlamlıq problemləri və öyrənmə təcrübələrinin daha müxtəlif əks etdirilməsi indiyə qədər olduğundan daha vacibdir. Xüsusilə, transgender və qeyri-binar şəxsiyyətli gənclər arasında aparılan sorğu göstərir ki, gender kimliyi ilə bağlı problemlər intihar riskini əhəmiyyətli dərəcədə artırır ki, bu da cisgender – gey, lezbiyan, biseksual və queer insanlarla müqayisədə daha mürəkkəb problemlərlə mübarizənin günahıdır. “, – The Trevor Project-in  tədqiqatçısı Jonah Dechant dedi. 

Araşdırma çərçivəsində 34,759 LGBTQ gənci ilə müsahibə aparılıb. Gənclərin 56%-i spirtli içki qəbul edir və bu insanların 47%-i ABŞ’da qanuni spirtli içki qəbul etmə yaşı olan, 21 yaşdan aşağıdır. Respondentlərin üçdə biri marixuanadan istifadə edir, onların 29%-i 21 yaşına çatmış deyil. Gənclərin 11%-i reseptsiz dərmanlardan istifadə edir. Bundan əlavə, respondentlərin 11%-i müntəzəm olaraq alkoqol və marixuana istehlak edir.

Dünyaya gəldikləri zamanı “kişi” cinsi təyin edilmiş qeyri-binar gənclərin müntəzəm marixuana istifadə nisbətləri əhəmiyyətli dərəcədə yüksəkdir. Onlar həmçinin xarici amillərin və təzyiqin narkotik istifadə sürətinə necə təsir etdiyini öyrəniblər. konversiya terapiyasında iştirak etmiş olan gənclər və fiziki təzyiqə məruz qalmış LGBTQ insanlar narkotikdən daha çox istifadə edirlər.

Psixi sağlamlıq problemlərinin öhdəsindən gəlmək üçün reseptlə verilən dərmanlardan istifadə edən gənclərin intihara cəhd etmə ehtimalı üç dəfə çoxdur, – 50% daha yüksək risk, eləcə marixuana istifadəçiləri də daha çox risk altındadır.

 

Mənbə: Healthline

 

გამოცემა ქვიარი – ახლა უკვე აზერბაიჯანულ ენაზეც!

//

 

2023 წლის 17 მაისს, ჰომოფობიასთან, ტრანსფობიასთან, ბიფობიასთან ბრძოლის საერთაშორისო დღეს, მსოფლიო მასშტაბით დაგეგმილი, კამპანიის ძირითადი გზავნილია Together Always: United in Diversity.  

17 მაისი ლგბტქი თემის წარმომადგენლების და მათი მხარდამჭერების მიერ, 130-ზე მეტ ქვეყანაში აღინიშნება და უკავშირდება იმ ფაქტს, რომ 1990 წლის 17 მაისს მსოფლიოს ჯანდაცვის ორგანიზაციამ ჰომოსექსუალობა ამორიცხა მენტალური დაავადებების სიიდან. 

დღეს ქვიარ აქტივისტები მეტად ალაპარაკდნენ ინტერსექციურ ჩაგვრაზე და აქედან გამომდინარე, ქვიარ პოლიტიკის საჭიროებაზე. ქვიარ თემი მრავალფეროვანია სხვადასხვა იდენტობების გათვალისწინებით. მრავალფეროვნება სხვადასხვა განზომილებას ეხება, მათ შორის იმას თუ სად ცხოვრობს ადამიანი, ქალაქსა თუ სოფელში, ჰყავს თუ არა მხარდამჭერი ოჯახი ან გარემო, არის თუ არა დასაქმებული, უწყობს თუ არა ხელს მისი ფიზიკური, ფსიქოლოგიური, მენტალური ჯანმრთლობა და ა. შ. 

საქართველოში მცხოვრები ქვიარების უფლებრივი მდგომარეობა საკმაოდ მძიმეა – ლგბტქი თემის წევრების უმეტესობა მუდმივად განიცდის ფსიქოლოგიურ და ფიზიკურ ძალადობას, დისკრიმინაციის დასაქმების, ჯანდაცვის, სერვისების სფეროში. უსახლკარობა, სიღარიბე და ემიგრაცია ქვიარ ადამიანების ყოველდღიურობის ნაწილია ბევრ ქვეყანაშიც. ასევე, უნდა გვახსოვდეს, რომ 67 ქვეყენაში ჰომოსექსუალური ურთიერთობები ჯერ კიდევ კრიმინალიზებულია, ზოგ ქვეყანაში კი სიკვდილითაც ისჯება. 

დღეიდან ონლაინ გამოცემა ქვიარი შეეცდება საკუთარი წვლილი შეიტანოს ინტერსექციური ჩაგვრის შემსუბუქებაში ეთნიკურად აზერბაიჯანელი, საქართველოს ქვიარი მოქალაქეებისთვის. ამისთვის გამოცემა აზერბაიჯანელ ქვიარ აქტივისტებს უთმობს სივრცეს რუბრიკა Səma-ის სახით. Səma აზერბაიჯანულიდან ცას ნიშნავს, ცა  ხომ ყველასთვის ერთია, რაიმე ნიშნით განსხვავებულობის მიუხედავად. აქ განთავსდება შემეცნებითი ხასიათის ინფორმაცია ქვაირ საკითხებზე. 

 

Queer lüğəti — LGBTQI terminlərinin tərifləri

Yadda saxlayın ki, terminlər hər zaman dəyişir və insanlarla onların kimliyi haqqında danışarkən, əmin deyilsinizsə, həmin şəxsdən hansı termini istifadə etməyi üstün tutduğunu soruşmağınız vacibdir. Bəzi sözlər çaşdırıcı ola bilər, ancaq insanların gender, cinsi və ya başqa kimliklərini təsqiləyən və ona uyğun gələn terminlərdən istifadə etmək, hörməti və dünyaya başqasının nöqteyi-nəzərindən baxmağa hazır və açıq olduğunuzu göstərir.

Bu məqalə queer icmasına (və daha çoxu) aid terminlərin siyahısını təqdim edir.

Queer terminlərinin siyahısı

Autinq” (ingl. Outing) –  bir şəxs öz cinsi oriyentasiyası, ya da gender kimliyi haqqında kiməsə deməzdən əvvəl, üçüncü bir şəxs tərəfindən başqalarına yayılması. „Autinq” bir insan üçün çox zərərli ola bilər, çünki o, kimliyini ya da oriyentasiyasını açıqlamaq üçün təhlükəsiz bir mühitdə olmaya bilər.

Agender – Müəyyən bir cinsə aid olmayan və ya ümumiyyətlə cinsi olmayan şəxs.

Androqin – Cinsi eyni zamanda qadın və kişi olan və ya qadınlıq və kişilik arasında bir yerdə olan şəxs.

Qeyri-binar – Gender kimliyi gender binarlıq sərhəddini aşan şəxsdir. Gender binarlıq, yalnızca iki cinsiyyəti (Qadın və Kişi) tanıyan gender təsnifatıdır. Əgər insan qeyri-binardırsa, bu o deməkdir ki, o, özünü bu kateqoriyalardan yalnız biri və ya heç biri ilə eyniləşdirmir.

Aromantik – Başqalarından bir az və ya heç bir romantik cazibə hiss etməyən şəxs.

Bigender – iki cinsi olan şəxs. Bigender insanlar tez-tez özlərini cəmiyyətin qadın və kişi kimi adlandırdıqları rollarda təqdim edirlər.

Biseksual – Həm qadınlara, həm də kişilərə və ya birdən çox cinsə emosional, romantik və/yaxud cinsi arzuları olan şəxs.

Bifobiya – biseksuallığı və biseksual insanları sevməmək. Homofobiya kimi, bifobiya da, özünü biseksual icmanın bir hissəsi olaraq görən insanlara qarşı mənfi mühakimə, nifrət, ayrı seçkilik mənasına gəlir.

Bu, biseksuallığın dürüst bir cinsi oriyentasiya olduğunu inkar edə bilir və ya biseksual insanlara qarşı mənfi stereotipləri də (məs: bir çox qısa müddətli seksual əlaqə qururlar və yaxud qeyri-səmimidirlər) müdafiə edə bilir

Bi-maraqlı (ingl. Bi-curious) – Bi-maraqlı, heteroseksüel insandır, hansı ki, öz seks partniyorundan başqa fərqli cinsiyyətdən və ya genderdən olan insanlarla cinsi fəaliyyətdə olan, ya da buna açıq olan şəxsdir. Termin tez-tez heteroseksuallıq və biseksuallıq arasında olan cinsi oriyentasiyanın geniş spektrinə istinad edir, bura əsasən heteroseksual və ya əsasən homoseksual olan insanlar daxildir.

Gey – Müasir nitqdə “gey” homoseksual icmanın təcrübələrini və mədəniyyətini istinad etmək üçün sifət və ya isim kimi istifadə olunur. 1960-cı illərdə homoseksual kişilər cinsi oriyentasiyalarını təsvir etmək üçün bu terminə üstünlük verirdilər. Termin daha çox yalnız kişilərlə (istər cisgender, istərsə də transgender) maraqlanan kişiyə aiddir, bununla birlikdə, heteroseksual olmayan hər kəsə istinad etmək üçün “queer” sözünün sinonimi kimi də istifadə olunur.

Cinsi əhatə edən əvəzliklər – xarici dillərdə, məsələn, ingiliscə, cinsdən asılı olmayan əvəzliklərdir (məsələn: they, them, their).

Gender – sosial və hüquqi status, davranışlar, xüsusiyyətlər və düşüncələri özündə birləşdirən bir insana qarşı cəmiyyətdən gözləntilər toplusu. Hər bir mədəniyyətin insanların genderinə görə necə davranmalı olduğuna dair öz normaları var. Əksər mədəniyyətlərdə gender binardır, ikili xarakter daşıyır, yəni iki kateqoriyaya – qadın və kişiyə bölünür. Ancaq insan doğulduğu zaman təyin edilən cinsdən fərqli olaraq, gender məsələsində əsas diqqət bədən hissələrinə deyil, genderinə görə insandan gözlənilən şeylərə verilir.

Gender təsdiqləmə əməliyyatı – bir şəxsin əsas və ya ikinci cinsi xüsusiyyətlərinin gender kimliyinə əsaslanaraq dəyişdirilməsini əhatə edən cərrahi əməliyyatıdır.

Gender apathetic – Öz genderi və ya başqalarının onları gender baxımından necə qəbul etdiyinə əhəmiyyət verməyən şəxs.

Gender uyğunsuz – davranışı və cinsi ifadəsi cəmiyyətin kişi və ya qadın gender normalarına və ya sosial gözləntilərinə uyğun olmayan şəxslərdə olur. Bunlara aiddir androqin insanlar, qadın kişilər, kişi qadınları və s.

Gender uyğunsuz, istənilən cinsdən olan şəxs ola bilər (məsələn, cisgender, qeyri-binar, trans).

Gender uyğun – Fərqli cinslərdən olan insanların necə davranması və görünüşü ilə bağlı cəmiyyətin qaydalarına əməl edən şəxs.

Gender binarlıq – genderin yalnız iki növə (qadın və ya kişi) bölünməsi. Bu modeldə adətən insanın cinsinin doğulduğu zaman təyin edilmiş cinsinə uyğun olması nəzərdə tutulur. Bu sistem ikili sistemdən kənarda gender kimlikləri ilə özünü təsvir edən insanları məhdudlaşdırır.

Gender disforiyası – Gender disforiyası, insanın doğulduğu zaman təyin edilən cinsin genderinə uyğun gəlmədiyi zaman yaşadığı narahatlığa deyilir. Gender disforiyası olan bir şəxs, bədəninin cinsi xüsusiyyətləri ilə həqiqi şəxsiyyəti arasındakı ziddiyyət səbəbindən özünü narahat hiss edə bilir. 

Gender ifadəsi (ingl: gender expression) – insanın öz genderini (kişi, qadın, androqin və ya başqa) açıq şəkildə ifadə etməsidir. Məsələn, gender geyim, saç düzümü, makiyaj, bədən dili, seçilmiş ad, əvəzliklər, davranışlar, maraqlar və s. ilə ifadə edilə bilər. 

Gender identikliyi – insanın öz cinsini daxili olaraq necə hiss etməsi və qəbul etməsidir – istər qadın, istər kişi, istərsə də qeyri-binar – və bu hissləri necə ifadə etməsidir (geyim, görünüş, davranış və s. vasitəsilə). İnsanın gender identikliyi həmişə doğulduğu zaman təyin olunan cinsə uyğun gəlmir. Zamanla inkişaf edə və dəyişə bilir.

Gender rolları — İnsanın cinsinə görə ümumiyyətlə məqbul, uyğun və arzuolunan hesab edilən mədəni və sosial rollar. Gender rolları həyatın bir çox aspektlərinə, o cümlədən geyim və görünüş, peşə, münasibətlər, davranışlar və s. təsir göstərə bilər. 

Genderfluid — Cinsiyyət kimliyi sabit olmayan və zamanla dəyişən şəxs.

Genderqueer – Gender kimliyi ənənəvi gender normalarına, o cümlədən gender kimliklərinə, ifadəsinə, gender rollarına və ya gözləntilərinə uyğun olmayan biri. Genderqueer ümumi, birləşdirici termindir və tez-tez “qeyri-binar” üçün sinonim kimi istifadə olunur.

Graygender – Hər hansı bir xüsusi gender kimliyi və ya ifadəsinə özünü qətiyyən aid hiss etməyən və ən azı qismən gender ikililiyindən kənarda olan şəxs.

Doğum zamanı təyin olunan cins – doğum zamanı orqanizmin fiziki xüsusiyyətlərinə əsasən aparılan tibbi qiymətləndirmə. Cins kişi, qadın və ya interseks ola bilər.

Drag – Drag sözü, qarşı cinslə eyniləşdirilən paltarı geyinərək, bu cinsi təqlid etməyə əsaslanan şou kimi müəyyən edilir. . „Drag queen” qadınlığı təcəssüm etdirən/ifa edən kimsədir (adətən kişidir), „drag king” isə kişiliyi təcəssüm etdirən/ifadə edən kimsədir (adətən qadındır). Şoular tez-tez komediya, sosial satira və siyasi rəyləri əhatə edir. Drag şousu zamanı drag geyimli insanlar tez-tez əvvəlcədən hazırlanmış hərəkətlər və ya rəqslərlə müşayiət olunan ağız hərəkətləri ilə mahnı oxuyurlar.

İntergender – Gender kimliyi kişi və qadın arasında olan şəxs.

Daxili Transfobiya/Homofobiya – Transgender/homoseksual insanın homoseksuallıq, transgenderizm və LGBTQİ insanlara qarşı hiss etdiyi mənfi stereotiplər, inanclar, stiqma və qərəzlər. O, bu hissləri özünə qarşı yönəldir, özünü queer olaraq təyin edib-etməməsindən asılı olmayaraq. Daxili transfobiya/homofobiya həmçinin insanın heteronormativlik və heteroseksizmin mədəni gözləntilərinə daha çox uyğunlaşmaq ehtiyacını hiss etdiyi şüurlu və ya şüuraltı davranışlara təsir göstərir.

İnterseks – cinsi reproduktiv anatomiyarında (məsələn, reproduktiv orqanlar, xromosomlar, hormonlar) ənənəvi olaraq “qadın” və ya “kişi” hesab ediləndən fərqli variasiyaları olan insanlar üçün ümumi termindir. 

Dəqiq rəqəmləri müəyyən etmək çətindir, lakin təxmin edilir ki, doğulan hər 100 nəfərdən 1-2-si interseksdir, bu da interseksi heteroseksuallıqdan daha çox yayılmış edir, baxmayaraq ki, çoxları bunu olduqca nadir hesab edir. Ancaq dünyaya gəldikləri zamanı interseks insanlara çox vaxt “qadın” və ya “kişi” cinsi təyin olunur. İnterseks şəxs, özünü dünyaya gəldiyi zaman ona təyin olunmuş cinslə, ya da əks cinslə eyniləşdirə və ya interseks kimi tanıya bilər.

Kişi – cisgender və ya transgender olmasından asılı olmayaraq özünü kişi kimi tanıdan şəxsdir.

LGBTQIA – lezbiyan, gey, biseksual, transgender, interseks və aseksual insanların qısaldılmasıdır. Qısaltmanın başqa variantları da var, məsələn, LGBT, LGBTQ, LGBTQI və s.

Bəzən onlar həm də “+” işarəsi ilə müşayiət olunur ki, bu da queer icmasının bir hissəsi olan, ancaq qısaltmanın digər hərflərinin onların gender identikliyini tam olaraq ifadə etmədiyindən və həm də inklüzivliyi, queer icmasının özünü onun bir hissəsi hesab edən hərkəsə açıq olduğunu ifadə etmək üçün istifadə edilir.

Lesbian  – Yalnız qadınlarla maraqlanan qadın (sisgender və ya transgender olmasından asılı olmayaraq).

Üçüncü Cins — “Üçüncü cins” termini yerli Amerika və qeyri-Qərb mədəniyyətlərindən gəlir və “qadın” və “kişi”dən kənar cinsiyyət kateqoriyasına aiddir.

Müttəfiq/dəstəkçi (ingl: ally) – LGBTQI icmasını fəal və tam dəstəkləyən şəxs.

İki ruhlu (ingl. two-spirit) – Amerika icmalarında bir çox fərqli cinsiyyət və cinsi əhatə edən çətir terminidir. Bu mədəniyyətlərdə onlar ənənəvi üçüncü cins (və ya digər gender variantı) mərasim və sosial rolları yerinə yetirirlər.

Pangender (həmçinin poligender və ya omnigender) – Gender kimliyi yalnız bir şəxslə məhdudlaşmayan və eyni zamanda bir neçə və ya bütün genderləri əhatə edə bilən şəxs.

Panseksual – Gender kimliyindən və cinsindən asılı olmayaraq, başqa insanlara qarşı romantik, seksual və ya emosional marağı olan şəxs.

Rol – homoseksual cinsi əlaqələrdə insanın cinsi seçimlərini istinad edir. Gey cinsi əlaqələrində ənənəvi rollara aşağıdakılar daxildir: aktif, passiv, aktif/passiv, said

  • Aktiv – adətən cinsi əlaqə zamanı vəziyyəti özü idarə etmək istəyən, dominant olan insanı təsvir edir.
  • Passiv – Adətən cinsi əlaqə zamanı güc və nəzarəti partnioruna vermək istəyən insanı təsvir edir.
  • Aktiv/Passiv – Cinsi əlaqə zamanı həm aktiv və həm də passiv olmağı arzu edən insanı təsvir edir.
  • Said – Anal cinsi əlaqəni heç sevməyən və ya istəməyən və digər cinsi fəaliyyətlərə üstünlük verən insanı təsvir edir.

Sorğu (ingl. questioning) – Bir insanın cinsi oriyentasiyasını, cinsi kimliyini, gender kimliyini və ya hər üçünü eyni anda sorğulamaq, müxtəlif səbəblərdən hansı sosial etiketin özünə uyğun olduğunu hələ də araşdıran, əmin olmayan bir insanın keçdiyi öz müqəddəratını təyinetmə prosesidir. LGBTQI qısaltmasında (və Q‘nun işlədildiyi digər qısaltmalarda) “Q” hərfi tez-tez həm “kuir”ə, həm də öz müqəddəratını təyinetmə prosesində olan insanlara (Questioning) aiddir.

Cinsi oriyentasiya – insanın gender(lər)’ə qarşı hiss etdiyi emosional, romantik və cinsi maraq. Cinsi oriyentasiyalara homoseksuallıq, heteroseksuallıq, biseksuallıq və aseksuallıq (və onların alt kateqoriyaları) daxildir.

Cisgender – Dünyaya gəldiyi zaman onun üçün təyin edilən cinsi özü kimi qəbul edən şəxsdir. Məsələn, cisgender kişi, özünü kişi kimi tanıdan və bunu qəbul edən şəxsdir. 

Keçid – şəxsin cinsiyyət ifadəsini (məs. geyim, əvəzliklər, ad vs.) və ya cinsiyyət müəyyənləşdiricilərini, öz iç gender kimliyinə (məs. qadın, kişi və ya qeyri-binar) görə dəyişdirilməsidir. Transgender insanlar üçün bu proses adətən hormon terapiyası və ya gender təsdiqləmə əməliyyatını əhatə edir. Keçid tibbi müdaxilə ilə ola bilər, lakin həmişə deyil. Buraya həm də sosial keçidlər (məsələn, adların və əvəzliklərin dəyişdirilməsi), eləcə də hüquqi dəyişikliklər (ad və ya cinsin qanuni olaraq dəyişdirilməsi) daxil ola bilər. Bu proses hər bir insan üçün öz istək və ehtiyaclarına görə fərqlidir və ehtiva etdiyi fəaliyyətlər universal deyil.

Transgender – Gender kimlikləri dünyaya gəldikləri cins ilə uyğun gəlməyən insanlara verilən addır Transgender.  “Transgender” həm qadınları, həm kişiləri, həm də qeyri-binar insanları əhatə edən çətir terminidir.

Trans və ya Trans* – genderi olmayan insanları da əhatə edən daha inkluziv bir termindir.

Trans kişi və ya Transgender kişi – Trans və ya transgender kişi, doğulanda “qadın” cinsi təyin edilmiş, lakin indi özünü kişi kimi tanıyan şəxsdir.

Trans qadın və ya Transgender qadın – Trans və ya transgender kişi, doğulanda “kişi” təyin edilmiş, lakin indi özünü qadın kimi tanıyan şəxsdir.

Transmaskulin – Kişi gender kimliyinə sahib olan, lakin doğulanda fərqli cins təyin edilmiş kimsə.

Transfeminin – Qadın gender kimliyinə sahib olan, lakin doğulanda fərqli cins təyin edilmiş kimsə.

Transfobiya – stereotiplər və yanlış təsəvvürlər səbəbindən trans* insanlara və trans* icmaya qarşı dözümsüzlük, qorxu, nifrət, qərəz, ayrı-seçkilik və zorakılıq.

Trigender – eyni anda üç genderi olan şəxs.

Qadın – cisgender və ya transgender olmasından asılı olmayaraq, özünü qadın kimi tanıdan şəxsdir.

Kaminq aut (ingl. coming out) – başqalarına (məsələn, dostlara, ailə üzvlərinə və s.) öz gender kimliyini və ya cinsi oriyentasiyasını bəyan etmək.

Kuir – heteroseksual və ya cisgender olmayan insanlar üçün ümumi bir termindir. Termin ilkin olaraq “qəribə” və ya “xüsusi” mənasına gəlirdi və 19-cu əsrin sonlarına kimi öz cinsiyyətindən insanlara marağı olan və onlarla əlaqəyə girən insanlara müraciət etmək və onları aşağılamaq üçün istifadə edilirdi. Ancaq 1980-ci illərdən başlayaraq, kuir aktivistlər bu termini geri götürdülər və indi LGBT ‘yə  sinonim olaraq istifadə olunur.

Krosdreser (ing. Crossdresser) – cəmiyyətin prespektivinə görə, genderinə xas olmayan tərzdə paltarlar geyinən şəxs. Bir qayda olaraq, bu termin qadın paltarı geyinməyi sevən kişilərə aiddir. Bu, özünü ifadə etmək və ya başqa bir şey üçün ola bilər. krosdres geyinmək insanın transseksual olması demək deyil.

Heteroseksizm – qadın və kişi arasındakı əlaqələrə lehinə olan, qərəzlər, münasibət və ayrı-seçkilik sistemi (heteroseksuallıq). Bu, bütün insanların heteroseksual olması və yalnız heteroseksual münasibətlərin təbii və buna görə də uca olması inamını ehtiva edə bilir. 

Heteronormativlik – gündəlik həyatımızda institusional, şəxsiyyətlərarası və şəxsi səviyyələrdə heteroseksist təmsillərin və davranışların normallaşması. Bu konsepsiya gender binar (yalnız iki əks cinsin mövcudluğu) ilə çərçivələnir və cinsi əlaqənin və evliliyin əks cinsdən olan insanlar arasında ən uyğun olduğunu nəzərdə tutur.

Heteroseksual – Qarşı cinsdən və ya genderdən olan insanlara emosional, romantik və/yaxud seksual marağı olan şəxs. Bu anlayışı ifadə etmək üçün ingiliscə “straight” jarqonundan da istifadə olunur.

Homoseksuall – Öz ilə eyni olan cinsdən və ya genderdən olan insanlara emosional, romantik və/yaxud seksual marağı olan şəxs.

20-ci əsrin sonlarından etibarən bu termin istifadə olunmur və bəzən təhqiredici hesab olunur, çünki o, homoseksuallığın psixi pozğunluq hesab edildiyi vaxtlara aid mənfi stereotiplər və köhnəlmiş klinik anlayışlarla əlaqələndirilir. Bu gün bu termin əsasən “gey”, “lesbian” terminləri və ya “LGBT” (Lesbian, Gay, Biseksual, Transgender) kimi inklüziv qısaltmalarla əvəz olunur.

Homofobiya – Homoseksuallığa və ya özünü lezbiyan, gey və ya biseksual və s. kimi tanıdan insanlara qarşı mənfi münasibət, hisslər, iyrənmə və ya antipatiya.

 

Mənbə: Verywell Mind, WISG, Femea.ge

 

Valideynlər üçün 6 Məsləhət – Kuir Uşaqları Necə dəstəkləmək olar?

 

Bir çox valideynlər cinsəlliyi haqqında danışmağa başlayan, kaminq aut (ing. coming out) etmiş və artıq bunu gizlətməyə çalışmayan övladı ilə necə ünsiyyət quracağına dair cavablar axtarır. Təəssüf ki, bütün ailələr bunu asanlıqla qəbul edə bilməsə də, uşaqların valideynlərindən ehtiyac duyduqlarını almağın yolları var ki, eyni zamanda valideynlər də özlərini narahat hiss etməzlər.

Uşaqlarınızın LGBT kimliyini qəbul etməyin və dəstəkləməyin bəzi yolları bunlardır:

  1. Övladlarınızla hissləri barədə danışın və həddən artıq depressiyada olduqlarını hiss etdikdə onlara dəstəkləyici sözlər söyləyin, qucaqlayın. Onların sizdən nəyə ehtiyacı ola biləcəyini öyrənin, həmçinin qohumlara və ya başqa sevdiklərinə etiraf edərkən kömək və dəstək istəyib istəmədiklərini öyrənin.
  2. LGBT kimliyinə görə uşağınızı ictimaiyyət qarşısında utandırmağa çalışanlara etiraz edin, qarşı çıxın. Onlar bunu qəbul etmək istəməyən və ya tərəddüd edən qonşular, qohumlar və hətta ailə dostları ola bilərlər. Uşağınıza başqaları tərəfindən olan nifrət nitqi, təhqir və pis rəftarını dayandırmaq, onun daha yaxşı hiss etməsi üçün möcüzələr yarada bilər və onun tək olmadığına, dəstəkləndiyinə inandıra bilər.
  3. Ailə üzvlərinin ilk növbədə özünü qəbul etməkdə çətinlik çəkən uşağınıza sevgi və hörmətlə yanaşması vacibdir.
  4. Uşağınıza LGBT şəxsiyyətini kəşf etməyə kömək etsəniz yaxşı olar. Bütün bunlar yaxşı karyera və etibarlı gələcəyə yol açacaq, çünki o, özünü heç bir sahədə görməyə bilər.
  5. Bir valideyn olaraq, digər LGBT gənclərinin valideynləri ilə tanış olmaq sizin üçün çox faydalı olacaq. Bu əlaqə, digər böyüklərin də bu mübarizədə qarşılaşdıqları ümumi problemləri başa düşməyə imkan verəcəkdir. Bu, bir növ problemləriniz haqqında açıq danışa biləcəyiniz və dəstək ala biləcəyiniz təhlükəsiz bir mühit olacaq.
  6. Və son olaraq, uşağınızın LGBTQ dostları və ya hətta partnyoru ilə (əgər varsa, əlbəttə ki,) əlaqə saxlamağa çalışın, çünki bu, uşağınızın sizdən gözlədiyi qəbulun əsas simvolu ola bilər.

Sinif yoldaşlarına, kurs yoldaşlarına, və ya hətta iş yoldaşlarına kaminq aut çox vacib bir yenilik və dəyişiklikdir. Buna görə də uşaqlarınız üçün həm sizin, həm də uşağınızın həyat keyfiyyətini yaxşılaşdıracaq qəbuledici mühit və dəstəkləyici bir atmosfer yaratmaq lazımdır.

 

LGBTQI nədir?

LGBTQI qısaltması lezbiyan, gey, biseksual, transgender, kuir və interseks insanları ifadə edir. Bu abbreviatura yaradılmazdan əvvəl “gey” sözü LGBTQI icması üçün bir termin kimi istifadə olunurdu, daha sonra isə, “LGB” termini istifadə edilməyə başlanıldı. “LGBTQI” isə, 1990-cı illərdən bəri istifadə olunur.

Terminlərin qısa tarixçəsindən sonra, qısaltmanı təşkil edən hər bir sözü nəzərdən keçirək.

Lezbiyan, qadınlara qarşı fiziki, cinsi və/və ya emosional cazibə hiss edən qadındır.

Gey, kişilərə qarşı fiziki, cinsi və/və ya emosional cazibə hiss edən kişidir.

Biseksual, həm qadınlara, həm də kişilərə qarşı fiziki, cinsi və/və ya emosional cazibə hiss edən şəxsdir.

Transgender, geniş termindir. Gender kimliyi, ifadəsi və davranışları doğulduğu fiziki cinsiyyətin xüsusiyyətlərinə uyğun gəlməyən şəxsdir.

Queer, heteronormativ olmayan bütün insanları əhatə edir. Termin, həm cinsi orientasiya, həm də cinsi kimlik baxımından mövcud heteronormativ mühitə uyğun gəlməyən insanları əhatə edir.

Interseks, xromosom, hormonal və fizioloji səviyyədə ifadə edilə bilən cinsi-reproduktiv anatomiyasında dəyişikliklərlə doğulmuş şəxsdir.

Terminlərin yaradılması və istifadəsinin qısa tarixi

Əsrlər boyu Lezbiyan Yunanıstanın Lesbos adasının adı ilə əlaqələndirilirdi. Şeirlərini eynicinsli sevgiyə həsr edən şair Sappho da eyni adada doğulub.

Lezbiyan sözü, ilk dəfə 16-cı əsrdə istifadə edilmişdir, ancaq, mənası yalnız Lesbos adası ilə əlaqədar idi. Onun lezbiyan mənasında müasir istifadəsi 19-cu əsrə, Sapponun poeziyasının qadınların sevgisi ilə əlaqəli olduğu vaxta təsadüf edir.

XX əsrdə eyni cinsə olan sevgi qadağan edildiyi üçün gey termini aşağılayıcı məna daşıyırdı. LGBTQI insanlar tərəfindən bu sözün istifadəsi 1960-cı illərə, aktivistlərin onilliklər boyu təhqir kimi qəbul edilən termini geri almağa çalışdığı vaxtlara təsadüf edir. Bu hərəkat ilə onlar homoseksual münasibətlərə qarşı ayrı-seçkilik yaradan qanunvericiliyə etiraz edirdilər.

Daha sonra, 1980-ci illərdə esseist Edmund White bildirdi ki, gey termini, kişilərə qarşı emosional və/və ya fiziki, cinsi marağı olan kişiləri təsvir etmək üçün istifadə edilən digər terminləri kölgədə qoyur.

1859-cu ildə anatomist Robert Bentley ilk dəfə biseksual sözünü işlətdi. Sözün hazırkı anlayışı eyni bədəndə qadın və kişinin xüsusiyyətlərini təsvir etmək üçün orijinal istifadəsindən çox-çox kənara çıxdı.

On doqquzuncu əsrin alimləri və psixoloqları bu terminin cari mənasının yaranmasına töhfə verdilər. Onların arasında təkamül tədqiqatçıları Henry Havelock Ellis və Richard von Krafft-Ebing da var idi ki, onlara görə hər cinsdə gizli biseksuallıq var. 

1990-cı illərdən bəri lezbiyan, gey biseksual (LGB) terminləri həm gündəlik ictimai həyatda, həm də azadlıq aktivizmində öz yerini tutdu. Baxmayaraq ki, transgender terminini bu qısaltmada birləşdirmək daha çox vaxt aldı. 1960-cı illərdən bu sözün istifadəsinə dair presedentlərimiz var. Məsələn, 1965-ci ildə aktivist Virciniya Prince tərəfində məşhurlaşdırılan psixologiya dərsliyində. Virciniya cinsiyyət və genderini ayırd edərək, bunların ayrı anlayışlar olduğunu ifadə etdi.

2000-ci illərdən cəmiyyət bu termindən geniş istifadə etməyə başladı. Transgender sözü LGBTQI abbreviaturasına daxil oldu və yavaş-yavaş transgenderləri aşağılayan digər, təhqiredici sözləri əvəz etdi.

Qısaltmada “Q” da nisbətən sonra ortaya çıxdı. 1910-cu illərdə kuir heteronormativ cəmiyyətdən təcrid olan insanları alçaltmaq üçün istifadə olunurdu. Fəallar, gey sözündə uğurlu olduqları kimi,1990-cı illərdə kuir sözünü də geri almağa çalışdılar. Bunu həyata keçirmək üçün kuir terminindən fəal şəkildə istifadə etməyə başladılar.

İnterseks termini, XX əsrin əvvəllərində həkimlər tərəfindən anatomiyası ənənəvi ikili cinsiyyət anlayışından fərqli olan insanları təsvir etmək üçün istifadə olunmağa başladı.

1970-ci illərdə aktivistlər və interseks icması bu terminin yaradılması zərurəti haqqında açıq danışmağa başladılar. İntersekslərin ilk kütləvi nümayişi 2 oktyabr 1996-cı ildə baş tutdu. Fəallar hermafrodit, interseks kimi terminlərdən istifadə edirdilər. Fəalların tələbi ilə həkimlər xəstələrlə razılaşmadan edilən cərrahi əməliyyatları dayandırmalı olublar. Məhz bu günün etirazı nəticəsində İnterseks İnsan Haqları Gününü’nün əsası qoyuldu.

Mənbələr:

ILGA Europe -nın terminlər lüğəti

National Geographic -in məqaləsi.