Bir çox valideynlər cinsəlliyi haqqında danışmağa başlayan, kaminq aut (ing. coming out) etmiş və artıq bunu gizlətməyə çalışmayan övladı ilə necə ünsiyyət quracağına dair cavablar axtarır. Təəssüf ki, bütün ailələr bunu asanlıqla qəbul edə bilməsə də, uşaqların valideynlərindən ehtiyac duyduqlarını almağın yolları var ki, eyni zamanda valideynlər də özlərini narahat hiss etməzlər.
Uşaqlarınızın LGBT kimliyini qəbul etməyin və dəstəkləməyin bəzi yolları bunlardır:
- Övladlarınızla hissləri barədə danışın və həddən artıq depressiyada olduqlarını hiss etdikdə onlara dəstəkləyici sözlər söyləyin, qucaqlayın. Onların sizdən nəyə ehtiyacı ola biləcəyini öyrənin, həmçinin qohumlara və ya başqa sevdiklərinə etiraf edərkən kömək və dəstək istəyib istəmədiklərini öyrənin.
- LGBT kimliyinə görə uşağınızı ictimaiyyət qarşısında utandırmağa çalışanlara etiraz edin, qarşı çıxın. Onlar bunu qəbul etmək istəməyən və ya tərəddüd edən qonşular, qohumlar və hətta ailə dostları ola bilərlər. Uşağınıza başqaları tərəfindən olan nifrət nitqi, təhqir və pis rəftarını dayandırmaq, onun daha yaxşı hiss etməsi üçün möcüzələr yarada bilər və onun tək olmadığına, dəstəkləndiyinə inandıra bilər.
- Ailə üzvlərinin ilk növbədə özünü qəbul etməkdə çətinlik çəkən uşağınıza sevgi və hörmətlə yanaşması vacibdir.
- Uşağınıza LGBT şəxsiyyətini kəşf etməyə kömək etsəniz yaxşı olar. Bütün bunlar yaxşı karyera və etibarlı gələcəyə yol açacaq, çünki o, özünü heç bir sahədə görməyə bilər.
- Bir valideyn olaraq, digər LGBT gənclərinin valideynləri ilə tanış olmaq sizin üçün çox faydalı olacaq. Bu əlaqə, digər böyüklərin də bu mübarizədə qarşılaşdıqları ümumi problemləri başa düşməyə imkan verəcəkdir. Bu, bir növ problemləriniz haqqında açıq danışa biləcəyiniz və dəstək ala biləcəyiniz təhlükəsiz bir mühit olacaq.
- Və son olaraq, uşağınızın LGBTQ dostları və ya hətta partnyoru ilə (əgər varsa, əlbəttə ki,) əlaqə saxlamağa çalışın, çünki bu, uşağınızın sizdən gözlədiyi qəbulun əsas simvolu ola bilər.
Sinif yoldaşlarına, kurs yoldaşlarına, və ya hətta iş yoldaşlarına kaminq aut çox vacib bir yenilik və dəyişiklikdir. Buna görə də uşaqlarınız üçün həm sizin, həm də uşağınızın həyat keyfiyyətini yaxşılaşdıracaq qəbuledici mühit və dəstəkləyici bir atmosfer yaratmaq lazımdır.